Fransada muzeydən oğurlanan qədim sikkələr Moskvada bazarda tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sikkələr bir vaxtlar Reymsdəki tarixi muzeydə saxlanılıb, lakin oğurlanıb və bu işdə muzeyin mühafizəçisi mühakimə olunub.
Sikkələr necəsə Moskva antikvar bazarında “üzə çıxıblar”. Kolleksiyanın ümumi dəyəri təxminən 55 milyon rubl (təxm. 1 milyon 115 min man) təşkil edir.
Sikkələrin Fransaya verilməsi məsələsi həll edilir.
Xuraman Etibarlı
İnterpress.az