Fransız fermerlər hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edirlər. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Parisə çatan fermerlər polisin müdaxiləsi ilə qarşılaşıblar. 79 nəfər saxlanılıb. Belçikada AB binası qarşısında fermerlərin başlatdığı etiraz aksiyası davam edir. İspaniya və İtaliyada fermerlər oxşar tələblərlə nümayişlərə başlayıblar. Fransada kənd təsərrüfatı sektorunda daha yaxşı şərait tələb edən fermerlərin etirazları davam edir.
Ölkənin hər yerindən fermerlər traktorlarla Parisə gəlməyə başladılar.
Şəhərin cənubunda topdansatışların yerləşdiyi Rungis bölgəsində toplaşan nümayişçilərə polis müdaxilə edib.
79 fermer saxlanılıb, onların bir çox traktorları müsadirə edilib.
Müxtəlif nöqtələrdə magistral yollarda saman və təkərləri yandıran fermerlərin görüntüləri kameralara düşüb.
Fermerlər hökumətin Avropa İttifaqının şərtlərindən asılılığını azaltmasını istəyirlər.