Fransada porno saytlar məhkəməyə verildibackend

Fransada porno saytlar məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb.

“e-Enfance” və “La Voix de l’enfant” təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib.

İddia ərizəsində bildirilib ki, uşaqlar üçün porno saytlara giriş olduqca asandır. Burada yalnız 18 yaşın olmasını təsdiq edən düyməyə basmaq kifayətdir. Halbuki, giriş üçün daha çətin prosedurlar tətbiq olunmalı və azyaşlıların onlar üçün zərərli ola biləcək materiallardan qorunması təmin edilməlidir.

Qeyd edək ki, iş üzrə ilk məhkəmə iclası sentyabrın 9-da keçiriləcək. İddianın təmin olunması halında saytları 75 min avro cərimə, məsul şəxsləri isə üç ilədək həbs cəzası gözləyir.