Fransada “smartfon zəbtinə” qarşı rəsmi addım atıldıbackend

Fransada “smartfon zəbtinə” qarşı rəsmi addım atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın kiçik Seine-Port şəhərində keçirilən səsvermə ilə ictimai yerlərdə mobil telefondan istifadə qadağan edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Bu addım Qərbi Avropa ölkəsi üçün bir ilkdir. Smartfonların tarixi qədim dövrlərə gedib çıxmasa da, bu qurğular demək olar ki, bütün dünyaya yayılıb. Yeni kommunikasiya inqilabını təmin edən texnologiya isə bir çox insanın əsəblərini sıxır.

Fransada iki mindən az adamın yaşadığı Seine-Port bu mövzuda addım ataraq əvvəlki həftə sonu referendum keçirdi. İctimaiyyət öz səsləri ilə göstərdi ki, ictimai yerlərdə smartfonlardan istifadəni məhdudlaşdırmaq istəyirlər.

Bu qəsəbədə küçədə gedərkən, park skamyalarında oturarkən, kafedə içki içərkən, restoranlarda yemək yeyərkən və ya uşağını məktəbin qapısında gözləyərkən telefondan istifadə etmək kağız üzərində qadağandır.

Yolunu azmış şəxslərdən elektron cihazındakı xəritə əvəzinə ətrafdakılardan kömək istəmələri xahiş olunur.

Qəbul edilən qərarla uşaqlardan gün ərzində, yemək yeyərkən və gecə yatmazdan əvvəl bu cihazlardan istifadə etmələrinin tələb olunmadığı açıq şəkildə vurğulanıb. Valideynlər övladlarının 15 yaşına qədər smartfondan istifadə etməyəcəyinə dair yazılı öhdəlik götürsələr, balacalara köhnə tipli ev telefonu da hədiyyə ediləcək.

Səsvermədə cəmi 277 nəfər iştirak etdiyi halda, onların 54 faizi qadağanı dəstəkləyib.

Milli qanunlarda belə bir maddə olmadığı üçün polis telefondan istifadə edənləri cərimələyə bilməyəcək. Ancaq planlar çərçivəsində təşviq ediləcək mağaza sahibləri, müştərilərə telefon istifadəsini məhdudlaşdırmaq üçün yumşaq bir şəkildə xəbərdarlıq edəcəklər.

Gözlərini ekrandan çəksələr darıxacaqlarını deyən bələdiyyə sədri gənclərə kino klubu, kitab mübadiləsi və idman obyekti vəd edib.

Fransanın siyasi arenasında smartfon asılılığı getdikcə daha çox danışılır. Prezident Emmanuel Makron keçən ay xüsusilə kiçik uşaqların istifadəsi ilə bağlı mütəxəssislərlə məsləhətləşəcəklərini və rəy alacaqlarını açıqlamışdı.