Füzuli rayonu və Türkiyənin Çorum şəhəri qardaşlaşıbbackend

Füzuli rayonu və Türkiyənin Çorum şəhəri qardaşlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Çorum şəhəri Ermənistanın işğalından azad edilmiş Füzuli rayonu ilə qardaşlaşıb.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın protokol imzalayıblar.

Məlumata görə, Türkiyə nümayəndə heyəti Füzulidə səfərdə olub. Onlar işğal dövründə Ermənistanın Füzulidə törətdiyi vandalizm aktları ilə tanış olublar.

H.İ.Aşqım bildirib ki, Bakı ilə Ankara “iki dövlət, bir millət” şüarı ilə daim bir-birinin yanındadır.