G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yardım paketini nəzərdən keçirəcəkbackend

G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yardım paketini nəzərdən keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketi ayırmağı nəzərdən keçirəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, ABŞ iyunda G7 sammitinin iclasının keçirəcək.

Bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivləri hesabına kompensasiya edilməsi planlaşdırılır.

Agentliyin mənbələri dəqiqləşdirib ki, danışıqlar çətin gedir və razılığa gəlmək bir neçə ay çəkə bilər.

ABŞ-nin maliyyə naziri Janet Yellen Kiyevə yardım paketi üzrə danışıqların aparıldığını təsdiqləyib.