Gəlin qayınatasından oğurladığı külli miqdarda pulu dondurucuda GİZLƏTDİbackend

Gəlin qayınatasından oğurladığı külli miqdarda pulu dondurucuda GİZLƏTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəlin qayınatasının 2 milyon rubl (təxm. 37 300 man) pulunu oğurlayaraq dondurucuda gizlədib.

İnterpress.az xəbər verir ki, hadisə Dağıstanın Xasavyurt şəhərində baş verib. Gəlin qayınatasından 2 milyon rubl oğurlayaraq dondurucuda gizlədib.

Müstəntiqlər oğrunun şəxsiyyətini müəyyən edərkən onun 38 yaşlı gəlin olduğunu aşkarlayıblar.  O, pulu qayınatasının döşəyinin altını təmizləyərkən tapdığını deyib.

Gəlin nağd pulun bir hissəsini alış-verişə xərcləyib, mövcud borclarını ödəyib və yerdə qalan pulu polis əməkdaşlarının sonradan tapdıqları dondurucuda gizlədib.

Xuraman Etibarlı

İnterpress.az