İrkutskda yeniyetmə idarə etdiyi pikapla qəsdən bir nəfərin üstündən keçib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın İrkutsk şəhərində dəhşətli və amansız yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bir qrup gənc küçədə hərəkət hissəsinə çıxaraq qışqırmağa və bir-birlərini itələməyə başlayıblar.
Həmin vaxt yaxınlıqda dayanan “Toyota Hilux” markalı pikap qəfildən sürətlə hərəkətə keçərək dava iştirakçılarından birini vurub.
Yayılan görüntülərdə avtomobilin qəfildən irəli atıldığı, bir nəfəri yerə yıxaraq onun birbaşa kürək nahiyəsinin üstündən keçdiyi və sürətlə hadisə yerindən qaçdığı əks olunub.
Nəqliyyat vasitəsini idarə edən sürücünün yetkinlik yaşına çatmayan azyaşlı olduğu müəyyən edilib.
Polis İrkutskın mərkəzində 19 yaşlı kişini qəsdən vurub sonra maşınla uzaqlaşan 17 yaşlı pikap sürücüsünü saxlayıb.
Müstəntiqlər qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıblar. Hazırda onun məhkəməyəqədər həbsi ilə bağlı qərar qəbul edilir.
İlkin məlumata görə, yeniyetmə atasının avtomobilini icazəsiz götürüb.

Xuraman Etibarlı
İnterpress.аz






