Göygöldə yol qəzası: Türkiyə vətəndaşı öldübackend

Göygöldə yol qəzası: Türkiyə vətəndaşı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə ağır yol-nəqliyyat hadisəsi zamanı Türkiyə vətəndaşı dünyasını dəyişib.

İnterpress.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza “TIR” markalı yük maşının digər yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb. Nəticədə Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Mecid Bakir hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.