Güney Azərbaycanda nümayişlərə çağırış edilibbackend

Güney Azərbaycanda nümayişlərə çağırış edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Güney Azərbaycanda nümayişlərə çağırış edilibBununla bağlı müxtəlif şəhərlərdə minlərlə afişa və vərəqələr yayılıb.

Noyabrın 1-dən başlayaraq Güney Azərbaycan şəhərlərində minlərlə afişa və vərəqələr yayılaraq etiraz nümayişlərinə çağırış edilib.

“Azərbaycanın böyük qiyamına və şərəf inqilabına hazırlıq” başlığı altında yayılan çağırışlarda noyabrın 3-də Tehran və Kərəc şəhərləri də daxil olmaqla ümumi nümayişlərin keçirilməsinə çağırılıb.

Nümayişlərdə “Azadlıq, Ədalət, Milli hökumət”, “Azərbaycan qızları, azadlıq ulduzları”, “Azərbaycan diyarımız, demokrasi şüarımız” kimi şüarların səsləndirilməsi tövsiyə edilib.

Çağırışda azərbaycanlılardan, özəlliklə gənclərdən qeyd olunan tarixdə şəhərlərin mərkəzi küçə və meydanlarına toplaşmaları istənilib.

İnterpress.az