Gürcüstan parlamentində ƏLBƏYAXA DAVA – VİDEObackend

Gürcüstan parlamentində ƏLBƏYAXA DAVA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentində xarici agentlər haqqında qanunun müzakirəsi zamanı ciddi dava düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.Bildirilir ki, parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə edildiyi parlamentin Hüquq məsələləri komitəsinin iclasında deputatlar arasında fiziki qarşıdurma baş verib.

Bu məsələ ilə bağlı çıxış edən Mamuka Mdinaradze tribunada dayanarkən deputat Aleko Elisaşvili ona tərəf qaçaraq onu vurub.

Dava başlayandan sonra görüşün yayımı kəsilib.

Marşal Xidmətinin əməkdaşları vəziyyəti aradan qaldırmağa çalışırlar.

Xuraman Etibarlı

İnterpress.az