Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi irihəcmli yük maşınlarının keçidi üçün müvəqqəti olaraq bağlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, hava şəraitinin kəskin dəyişməsi yük avtomobillərinin keçidini mümkünsüz edib.
Bundan başqa, Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti də məlumat yayaraq qeyd edib ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb.
Qeyd edək ki, Gürcüstan Hərbi yolu (Cənubi Osetiyanın Yuxarı Lars kəndindən keçən eyniadlı nəzarət buraxılış məntəqəsi) Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.