Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşübbackend

Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda yeniyetmələrin olduğu avtomobil çaya düşüb.

İnterpress.az xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, içində 3 yeniyetmə olan avtomobil ötən gün Mestia munisipalitetinin Nakra kəndi yaxınlığında Enquri çayına düşüb.
“Yetkinlik yaşına çatmayanların axtarış-xilasetmə əməliyyatı səhər tezdən başlayıb. Axtarışlara Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri cəlb olunub, çox sayda yerli əhali də iştirak edir”, – deyə qurumun nümayəndəsi Nino Vibliani bildirib./APA