Avtomobillərin texniki baxış haqqı 50% arta bilər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
5 il əvvəl müəyyən edilmiş qiymət artıq texniki baxış mərkəzlərinin çağırışlarına cavab verə bilmir və kadrların yerdəyişməsi yüksəkdir. Müvafiq olaraq, artıq texniki baxış mərkəzləri bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət ediblər.
Qeyd edək ki, hazırda minik avtomobillərinin texniki baxışı 60 lariyə başa gəlir.