Rusiyadan Gürcüstana qaçan İlkin Məlikov Tbilisidən qaçırılıb və zorla Rusiyaya qaytarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.
Nəşr yazır və qeyd edir ki, Nijnevartovsk şəhər sakini sərhədi könüllü keçdiyi barədə sənədə imza atmağa məcbur olub.
Məlikov deyir ki, Tbilisidən mülki geyimli şəxslər onu 2022-ci ilin aprelində oğurlayıb, Vladiqafqaza aparıblar, orada 10 sutka həbs ediblər, sonra isə Nijnevartovsk təcridxanasına aparıblar.
Nəşrin məlumatına görə, 2019-cu ilin noyabrında Məlikova qarşı Rusiyada terror fəaliyyətində iştirak ittihamı ilə cinayət işi açılıb və o, axtarışa verilib. Bundan sonra o, Nijnevartovskda həbs edilib və şahid qismində dindirilib. Deyir ki, polis onu döyüb və narkotiklə hədələyib. Lakin o, sonda azadlığa buraxılıb. O, 1 ay ərzində Rusiyanı tərk edib.