Gürcüstanın gündəlik təhlükəyə çevrilmiş magistral yolları! Yol-nəqliyyat hadisələrinin sayı baxımından ən çətin vəziyyətlərdən biri paytaxtdadır, nasaz və düzgün olmayan infrastruktura görə təhlükəli vəziyyətin yaranma ehtimalı xüsusilə Tbilisidə tez-tez olur.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik məlumatlar həyəcan doğurur.
Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən Avropa ölkələri ilə müqayisədə Gürcüstanda ölümlə nəticələnən qəzaların sayı on dəfə çoxdur.
Mütəxəssislər xüsusi xəritənin yaradılmasının zəruriliyindən danışırlar, burada kritik təhlükəli hissələrin olması qeyd olunacaq.