Gürcüstanda daha bir nəfər koronavirusdən ölüb.
İnterpress.az xəbər verir ki, yeni növ koronavirus xəstəliyindən müalicə alan 59 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Bununla da ölkədə infeksiya nəticəsində ölənlərin sayı 28-ə çatıb.
İndiyədək Gürcüstanda 4 960 nəfər koronavirusa yoluxub (son sutkada 296 hal), 1 819 pasiyent sağalıb.
İnterpress.az