Gürcüstanda Təhlükəsizlik Polis Departamenti əməkdaşın ölümü ilə bağlı məlumat yayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, polis mayoru Valerian Qoqatişvili bu gün qəfildən öz vəzifəsini yerinə yetirərkən pisləşib və dünyasını dəyişib.
“Mühafizə Polisi Departamenti Tbilisi toplama və mühafizə-evakuasiya xidmətinin müfəttişi, polis mayoru Valerian Qoqatişvilinin vəfatından dərin hüznlə kədərləndiyini bildirir.
Polis mayoru bu gün xidməti vəzifəsini yerinə yetirərkən qəfildən pisləşib və dünyasını dəyişib.
Mühafizə Polis Departamenti mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verir.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır”, – deyə bildirilib.