“Hazırda Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində döyüşlər gedir” – Anar Eyvazovbackend

“Hazırda Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində döyüşlər gedir” – Anar Eyvazov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir. Ötən müddət ərzində Berd, Çəmbərək, Qafan, Tovuz, Qubadlı və Cəbrayıldakı bölmələrimiz atəşə tutulub”.

İnterpress.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən mövqelərimizi atəşə tutmaqla bizi təxribatlara çəkmək istəyir: “Hazırda Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində döyüşlər gedir. Düşmən itki verərək geri çəkilib. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Düşməndən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin yalnız hərbi obyektlərini hədəf seçib. İşğal edilən ərazilərə gətirilən muzdluların silahı yerə qoyaraq geri çəkilməsi tövsiyə olunur. Onlar ermənilərin hiyləsinə uymasınlar. Qələbə bizimlədir”.