Hazırda Ermənistan və Türkiyə arasında birbaşa dialoq gedir – Paşinyanbackend

Hazırda Ermənistan və Türkiyə arasında birbaşa dialoq gedir – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ermənistan və Türkiyə arasında birbaşa dialoq gedir.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə mətbuatına müsahibəsində deyib.

“Münasibətlərimizin əvvəlki dövrünü nəzərə alsaq, bu, çox mühüm dəyişiklikdir. Əvvəllər biz öz fikirlərimizi qarşılıqlı şəkildə konkretləşdirmək imkanından məhrum idik”, – Paşinyan bildirib.

O vurğulayıb ki, Ermənistanla Türkiyə arasında münasibətlər dəmir yolu və avtomobil əlaqəsi, eləcə də birbaşa işgüzar əlaqələr üçün sərhədin açılmasını nəzərdə tutur.

“Hələ indi də Ermənistanla Türkiyə arasında əhəmiyyətli ticarət dövriyyəsi var, işgüzar əlaqələr var, lakin əsasən dolayı yolla”, – Paşinyan əlavə edib.

Onun sözlərinə görə, münasibətlərin qurulması prosesi dinamikdir və Ermənistan bunun davam etdirilməsi üçün səylər göstərir.

“Çox şey hər iki ölkənin hakimiyyətinin siyasi iradəsindən asılıdır və bu, hər iki tərəfdən gücləndirilməli və inkişaf etdirilməlidir”, – Ermənistanın baş naziri qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az