Türkiyənin Osmaniye şəhərində icra məmurları ilə bir iş yerini ələ keçirməyə gedən polis məmuru mübahisə zamanı ayağından tapança ilə vurularaq yaralanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Əlibəyli rayonu, Atatürk küçəsində yerləşən iş yerini zəbt etməyə gedən məhkəmə icraçıları ilə iş yerindəki işçilər arasında mübahisə düşüb.
Sonrakı davada polis əməkdaşı M.K.-ya tapançadan atəş açılıb.
Yaralı polis əməkdaşı təcili yardımla Osmaniye Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı 1 şübhəli saxlanılıb.