Həkim: Qulaqlıqları gündə bir saatdan artıq istifadə etməyin – FOTObackend

Həkim: Qulaqlıqları gündə bir saatdan artıq istifadə etməyin – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qulaqlıqlar gündə bir saatdan çox istifadə edilməməlidir.

İnterpress.az xəbər verir ki, bu barədə Doktor Huberman bildirib.

Doktor Huberman Bluetooth qulaqcıqlarından istifadəni dayandırıb. Onda qulaq arxasında limfa düyünlərinin şişməsi və hərarət yaranıb, bu isə onun sağlamlığından narahat olmasına səbəb olub.

Mütəxəssislər bildirirlər ki, qulaqlıqlar uzun müddət istifadə edildikdə eşitməyə zərər verə bilər.

Tövsiyə olunur ki, gündə 60–90 dəqiqədən artıq istifadə edilməsin və səs həcmi 60–80%-dən yüksək olmasın.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri səs-küyü basan qulaqlıq modellərini tövsiyə edir ki, səs həcmini artırmağa ehtiyac qalmasın.

Lakin bu cihazlar ətraf səsləri eşitməyin vacib olduğu təhlükəli vəziyyətlərdə istifadə edilməməlidir.

Xuraman Etibarlı

İnterpress.az