HƏMAS iki girovu əks etdirən daha bir video yayımlayıb.
İnterpress.az xəbər verir ki, kadrlarda 2023-cü il oktyabrın 7-də silahlılar tərəfindən qaçırılan Elkan Buxbut və Yosef Haim Oxan əks olunub.
Video Qəzza zolağında atəşi dayandırmaq və girovları azad etmək üçün Misirin yeni planının müzakirələri fonunda yayılıb.
Bu gün səhər saatlarında ərəb mənbələri HƏMAS-ın təklifi qəbul etdiyini, lakin İsrail nümayəndə heyətinin buna etiraz edərək danışıqların getdiyi Qahirəni tərk etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az