Haniyə Rusiya Federasiyası və Türkiyəni müharibə bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyin təminatçıları arasında görmək istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Türkiyənin “A-Haber” xəbər saytına müsahibəsində deyib.
O, “Müharibə bitdikdən sonra Qəzza zolağında daimi məskunlaşma necə olmalıdır” sualını cavablandırıb.
“HƏMAS-ın hər tələbi dəyişməz olaraq qalır. Misir, Qətər, Türkiyə və Rusiyanın BMT-nin qarant ölkəsi olmasını istəyirik. Təbii ki, ABŞ-nin də gələcəkdə olmasını istəyirik. Buna davamlı olaraq yalnız İsrail qarşı çıxır. Biz hər zaman qarant ölkələrə olan tələbi ön plana çəkirik”, – Haniyə qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az