Hindistan Qətərdə edam cəzasına məhkum edilmiş 8 vətəndaşının azad edibbackend

Hindistan Qətərdə edam cəzasına məhkum edilmiş 8 vətəndaşının azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Qətərdə “casusluq” ittihamı ilə edama məhkum edilən 8 vətəndaşının sərbəst buraxıldığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada Qətərdə edam cəzasına məhkum edilən 8 Hindistan vətəndaşının sərbəst buraxıldığı bildirilib.

Sərbəst buraxılan 8 nəfərdən 7-nin Hindistana qayıtdığı bildirilib.

2023-cü ilin oktyabrında Hindistan mətbuatında çıxan xəbərlərdə 8 Hindistan donanmasının keçmiş zabitinin 2022-ci ildə Qətərdə bir sualtı qayıq layihəsi ilə bağlı “İsrail adına casusluq etdikləri” səbəbi ilə həbs edildiyinə dair məlumatlar var idi.

Həbs edilən zabitlərin gətirildiyi məhkəmədə onların casusluq ittihamı ilə həbs olunaraq ölüm cəzasına məhkum edildiyi qeyd edilib.

2023-cü ilin dekabrında çıxan xəbərlərdə zabitlərin ölüm cəzasının azaldıldığı bildirilirdi.