Hindistanda zorakılıqlarda ölənlərin sayı 60-a çatıbbackend

Hindistanda zorakılıqlarda ölənlərin sayı 60-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Manipur əyalətində son günlər baş verən zorakılıqlarda ölənlərin sayı 60-a çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Manipur əhalisinin yarıdan çoxunu təşkil edən Meitei icmasının “Planlı Qəbilə (ST)” kateqoriyasına daxil edilməməsi səbəbiylə təşkil edilən nümayişlər səbəbindən bölgə mayın 3-dən zorakılıq meydanına çevdilib.

Mayın 3-də əsgərlərə “atəş” əmrinin verildiyi Manipurda baş verən zorakılıqda 60 nəfər həlak olub, 35 min insan isə əyalətdən təxliyə edilərək təhlükəsiz bölgələrə aparılıb.

Ştat baş naziri Biren Sinqh hadisələr zamanı 230 nəfərin yaralandığını, 1700 evin yandırıldığını açıqlayıb.

Sinq zorakılığın nəzarət altında olduğunu, lakin müdaxilə zamanı təhlükəsizlik qüvvələrinə aid 1041 silah və 7460 güllənin oğurlandığını bildirib.