Mərkəzi Amerika ölkəsi Hondurasda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin qərbindəki San Juan de Opoa şossesində baş verən qəzada iki avtobus toqquşub.
Qəzada 19 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.
Yerli media avtobuslardan birinin qeyri-qanuni mühacirləri daşıdığını bildirib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Digər tərəfdən, Honduras prezidenti Xiomara Kastro X-dakı paylaşımında qəzada ölənlərin yaxınlarına başsağlığı verib.