İsrail HƏMAS rəhbərinin Türkiyəyə səfərindən sonra mayın 9-da Ərdoğanın ABŞ-yə səfərini pozmağa çalışır.
İnterpress.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Nəşr yazır ki,İsrail HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin Türkiyəyə səfərindən sonra mayın 9-da Ərdoğanın ABŞ-yə səfərini pozmağa çalışır.
Qəzet bunun fonunda onu da qeyd edib ki, Türkiyə müxalifət mediasının Ərdoğanın İsrailə yardımı təsdiqlədiyi üçün ABŞ səfərini ləğv etməsi ilə bağlı xəbərləri həqiqətə uyğun deyil.
Xuraman Etibarlı
İnterpress.az