Beynəlxalq Cinayət Məhkəməsi (ICC) iki yüksək rütbəli rus hərbçinin Ukraynada mülki infrastruktura hücumlarla əlaqəsi olduğu səbəbilə həbs qərarı verildiyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
BCM-dən verilən açıqlamada Rusiya ordusunda Aerokosmik Qüvvələrin Uzaqmənzilli Hərbi Hava Qüvvələrində general-leytenant rütbəsini daşıyan Sergey İvanoviç Kobilaş və komandir admiral Viktor Nikolayeviç Sokolov barəsində həbs qərarı çıxarıldığı bildirilib.
Açıqlamada iki rus komandirinin 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında Ukraynadakı hücumlarda mülki infrastrukturu hədəf alaraq müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdiyi ilə bağlı məsələ yer alıb.
Həbs qərarı tələbinin ICC Prokurorluğu tərəfindən edildiyi qeyd edilən deyilir: “İki şübhəlinin Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarına görə məsuliyyət daşıdığına inanmaq üçün ağlabatan əsasların olduğu qiymətləndirilib. Onların komandanlığı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək olub”.
Bəyanatda, Rusiya ordusunun sözügedən tarixlər arasında Ukraynanın müxtəlif bölgələrində bir çox elektrik stansiyasına və infrastruktura qarşı hücumlar təşkil etdiyi vurğulanaraq, həbs qərarının məzmununun şahidlərin müdafiəsi və təhlükəsizliyin təmini üçün “gizli” saxlanılacağı vurğulanıb.