İki həftədir axtarılan Rusiya helikopterinin dənizə düşdüyü BİLDİRİLİRbackend

İki həftədir axtarılan Rusiya helikopterinin dənizə düşdüyü BİLDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Primoryedə itkin düşən “Robinson R44” helikopterinin Yapon dənizinə düşdüyü ehtimal edilir.

İnterpress.az xəbər verir ki, bu barədə “NEWS.ru” portalı məlumat yayıb.

Rusiya Federasiyasının Primorye diyarının Fövqəladə Hallar Nazirliyindən verilən rəsmi məlumata görə, iyunun 21-də yoxa çıxmış “Robinson R44” markalı helikopter Yapon dənizinin akvatoriyasına düşmüş ola bilər.

Nazirlik rəsmiləri bildiriblər ki, gəminin dənizin dərinliklərinə batması ehtimalı olduqca yüksəkdir. Belə ki, dəniz suyunun böyük dərinliyi qəza zamanı fəallaşmalı olan qəza-radiomayaq siqnallarının ötürülməsinə mane olur.

Bu səbəbdən günlərdir davam edən axtarışlar zamanı helikopterdən heç bir koordinat siqnalı qəbul edilməyib.

Xatırladaq ki, “Granat” aviaşirkətinə məxsus helikopter meşə yanğınlarının monitorinqini həyata keçirən zaman radarlardan itib.

Göyərtədə 15 illik uçuş təcrübəsi olan qadın pilot və bir meşə müşahidəçisi olub.

Hazırda hadisə yerinə 80-dən çox xilasedici, desantçılar, həmçinin xüsusi “Mi-8” helikopterləri cəlb olunub.

Axtarış zonasında meşəlik, çətin keçilən dağlıq relyef və dəniz sahili boyunca genişmiqyaslı əməliyyatlar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az