İllərlə düşmən işğalında qalan ən qədim yaşayış məntəqəsi Azıx mağarasından REPORTAJ – FOTO/VİDEObackend

İllərlə düşmən işğalında qalan ən qədim yaşayış məntəqəsi Azıx mağarasından REPORTAJ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Noyabrın 9-da Azərbaycanın, eləcə də, dünyanın ən qədim yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Azıx kəndi işğaldan azad olunub.

Azıx mağarası Azərbaycanda insanların yaşadığı ən qədim mağaradır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir.

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir.

Azıx mağarasının sahəsi 800 kvadrat kilometrdir.

Burada uzunluğu 600 metrə qədər uzanan səkkiz dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Qeyd edək ki, bir neçə gen əvvəl Mədəniyyət Nazirliyi Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar aparıldığı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilib.

Mağaradan eksklüziv reportajı təqdim edirik:

İnterpress.az