Qaracala kənd imamı Veysəl Orucov barədə qorxunc iddialar üzə çıxıb.
İnterpress.az xəbər verir ki, “Tv Pirveli” telekanalında Nodar Meladzenin aparıcılığı ilə yayımlanan “Şabati Melacis” adlı verilişdə, Telavi bələdiyyəsinin Qaracala kənd imamı – “Vəhabi” təriqətinə mənsub Veysəl Orucov barədə iddialı reportaj yayımlanıb.
Reportajda V.Orucovun bir neçə aydır ki, kəndi tərk etdiyi və onun cinayət əməlləri törətdiyi bildirilir.
İddia olunur ki, V.Orucov və digər bir neçə şəxs, “Lilo Bazarı”nda işləyən insanlara zorla pul kəsir və onlardan məcburi şəkildə cizyə-pul alırlar.
Telekanala müsahibə verən Diana Musalıyeva bildirib ki, “Vəhabi” təriqətinə mənsub bir qrup şəxs “Lilo Bazarı”nda insanlara zorla pul kəsir və təhdid edirlər.
O, həmçinin bildirib ki, Veysəl Orucov və başqaları bəzi qadınların müəyyən vasitələrlə foto-videolarını ələ keçirir, sonra Suriyaya getməyi tələb edirlər. Əks halda isə həmin qadınları sözügedən görüntüləri yaymaqla hədələyirlər.
Məlumat üçün bildirək ki, Qaracala kənd imamı Veysəl Orucovun bir neçə aydır ki, Türkiyədə olduğu iddia olunur.
O, sosial media vasitəsi ilə yayılan reportaja münasibət bildirib və reportajın onun barəsində qəsdən hazırlandığını və yalan məlumatlar olduğunu bildirib.
“Tv Pirveli” telekanalının hazırladığı videoreportajı təqdim edirik: