Rusiyada İnsan Haqları Şurasının rəhbəri qadınlara niqab taxmağı qadağan etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev bildirib.
“Rusiyada qadınların üzünü tamamilə örtən niqablara icazə verilir. Yalnız gözlər açıq qalır. Bu, hətta Mərkəzi Asiyanın bəzi ölkələrində də qadağan edilib.
Mən ilkin olaraq mövqeyimi açıqlayacağam: hesab edirəm ki, Rusiyada niqab qadağan edilməlidir”, – Valeri Fadeyev deyib.
İHK rəhbəri bu “problemi” ənənəvi İslam nümayəndələri və regional hakimiyyət nümayəndələri ilə müzakirə edəcək.
Xuraman Etibarlı
İnterpress.az