İordaniya Qəzzaya tibbi yardım çatdırıbbackend

İordaniya Qəzzaya tibbi yardım çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya, İsrailin 4 aydan çoxdur hücum etdiyi Qəzza zolağına tibbi yardım ləvazimatları çatdırdığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İordaniya ordusundan verilən yazılı açıqlamada İordaniya Hərbi Hava Qüvvələrinin 12-ci dəfə Qəzzaya tibbi yardım ləvazimatları atdığı açıqlanıb.

Açıqlamada yardım materiallarının paraşütlə İordaniya Field Xəstəxanasına endirildiyi və yardımın Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində çatdırıldığı bildirilib.

İordaniyanın İsrailin hücumları altında olan Qəzzada Fələstin xalqını dəstəklədiyi qeyd edilib.

İordaniyanın Fələstin ərazilərində 5 səhiyyə müəssisəsi var, onlardan 2-si Qəzza zolağında hərbi personal tərəfindən idarə olunan səhra xəstəxanalarıdır.