İordaniya şirkəti Ermənistana silah satmaqdan imtina etdibackend

İordaniya şirkəti Ermənistana silah satmaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı hərbi əməliyyatların başlamasının ikinci günü Ermənistan təcili olaraq İordaniyadan tank əleyhinə qumbaraatanların alınması üçün müraciət edib. İnterpress.az xəbər verir ki, erməni tərəfi JADARA Avadanlıq və Müdafiə Sistemlərinin sahibi Mark Voloşinə təcili olaraq 5.000 RPG-32 tank əleyhinə qumbara atıcılarının alınması üçün tələb göndərib.

Lakin şirkətin sahibi bu tələbi yerinə yetirməkdən imtina edib.

Xatırladaq ki, bu yay İordaniyadan Ermənistana tank əleyhinə qumbaraatanların tədarükü barədə məlumatlar mediada yayılıb. Bununla əlaqədar olaraq, Azərbaycan İordaniya tərəfinə etirazını bildirib.

İnterpress.az