iPhone 17 Pro Max-dan şikayətlər ARTIR – Metal OKSİDLƏŞİR – FOTObackend

iPhone 17 Pro Max-dan şikayətlər ARTIR – Metal OKSİDLƏŞİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

iPhone 17 Pro Max sahibləri korpusun rəng dəyişməsindən şikayətlənir – metal oksidləşir

İnterpress.az xəbər verir ki, yeni iPhone 17 Pro Max modellərinin bəzi istifadəçiləri metal korpusun oksidləşməsi və rənginin dəyişməsi ilə bağlı sosial şəbəkələrdə şikayətlərini paylaşırlar.

Məlumata görə, xüsusilə “Cosmic Orange” rəngli modellər bir neçə həftə ərzində çəhrayı-qızılı çalara çevrilir.

İstifadəçilər bildirirlər ki, bu problem anodlaşdırılmış alüminium örtüyünün zəif və bərabərsizliklə çəkilməsi səbəbindən yaranır.

Nəticədə metal zamanla oksidləşir və rəngini dəyişir.

Xuraman Etibarlı

İnterpress.az