İran ABŞ-ın Venesuelaya satdığı yük təyyarəsini ələ keçirməsinə reaksiya veribbackend

İran ABŞ-ın Venesuelaya satdığı yük təyyarəsini ələ keçirməsinə reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran sanksiyalara görə Venesuelaya satdığı yük təyyarəsinin ABŞ tərəfindən ələ keçirilməsini pisləyib və bunu “qanunsuz hərəkət” kimi qiymətləndirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi açıqlamada ABŞ-ın Venesuelanın “Emtrasur” aviaşirkətinə məxsus “Boeing-747” tipli yük təyyarəsini ələ keçirməsinə münasibət bildirib.

ABŞ-ın təyyarəni ələ keçirmə hərəkətinin Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq hüquqa zidd olduğunu bildirən Kenani İranın Venesuelanın əmlaklarına sahiblik və girişin bərpası istiqamətindəki hüquqi və diplomatik səylərini və tədbirlərini güclü şəkildə dəstəklədiyini bildirib.

ABŞ Venesuela yük şirkəti tərəfindən İranın Mahan Hava Yollarından aldığı “Boeing 747” tipli yük təyyarəsinin “İranla bağlı ixrac məhdudiyyətləri” çərçivəsində ələ keçirildiyini açıqlayıb.

2019-cu ildə ABŞ Maliyyə Nazirliyi İranın “Mahan Air” aviaşirkətini İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsinə görə sanksiya siyahısına daxil edib.