İran İsveçin Quranın yandırılması ilə bağlı kiberhücum ittihamlarını rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə İranın Stokholmdakı səfirliyi məlumat yayıb.
“İsveç vətəndaşlarına mesajları göndərmək və Quranın yandırılmasına görə qisas almağa çağırmaq ittihamları əsassızdır. Bu materialların təqdimatı və mediada dərci iki ölkə arasında münasibətlərin atmosferini zəhərləyəcək və təsir edəcək”, – məlumatda deyilir.
Bu gün səhər saatlarında AFP xəbər verib ki, İsveç prokurorları İranı Quranın yandırılması ilə bağlı kiberhücumda ittiham edir.
Qeyd olunub ki, ötən il İranın xüsusi xidmət orqanları Quranı yandıranlardan “intiqam almağa” çağıran mesajlar göndərmək üçün SMS operatorunu sındırıblar. 15 minə yaxın mesaj göndərilib.
Xuraman Etibarlı
İnterpress.az