“İran rejimi cəzasız qalmamalıdır” – Politoloq rəyibackend

“İran rejimi cəzasız qalmamalıdır” – Politoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran pilotsuz uçuş aparatlarının (PUA) ardınca Rusiyaya ballistik raketlər də verəcək. “The Washington Post” qəzeti ABŞ və müttəfiq ölkələrin təhlükəsizlik xidmətlərindəki mənbələrinə istina edərək İranın Rusiyaya 300 və 700 kilometr məsafədəki hədəfləri vura bilən “Fateh-110” və “Zülfüqar” raketlərini verəcəyi haqqında məlumat yayıb.

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında bildirib ki, Rusiya imperiyasının dağılacağı halda parçalanmaq növbəsinin İrana çatacağı şübjəsizdir. Buna görə də İran Rusiyanı tam dəstəkləməyə başlayıb:

“Çoxsaylı məlumatlara görə, Rusiyanın əlində müharibədən öncə malik olduğu raketlərin cəmi 25 faizi qalıb. Moskvada qorxurlar ki, silah-sursatın tükənməsi imperiyanın cənub və şərq sərhədləri üçün təhlükə yaradacaq. Buna görə də İrandan raketlər də almaqla, malik olduqları silah-sursatı qorumağa çalışır. Rusiya imperiyasının varlığını İranın mövcudluğunu qorumasının əsas şərti olduğunu Tehranda anlayırlar. İranın teokratik rejimi beynəlxalq ictimaiyyətin cəzasından qorxduğu üçün Rusiyaya etdiyi yardımları inkar etməyə çalışır. İranın xarici işlər naziri bu məlumatları təkzib edərək Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya heç bir silah vermədiklərini və verməyəcəklərini iddia etməkdən çəkməsə də, Rusiyanın İran PUA-larından fəal istifadə etdiyi artıq təsdiqini tapıb.

İran Rusiyanı Ukraynaya qarşı silahlandırmaqla, terrorçuluğu himayə etdiyini bir daha sübut etdi. Ölkə daxilində azadlıq uğrunda mübarizəyə qalxan insanlara divan tutan İran rejiminin Rusiyaya dəstəyi cavabsız qalmamalıdır. Beynəlxalq ictimaiyyət öz vətəndaşlarına divan tutan və Rusiyanın terrorçu müharibəsinə dəstək verən İran rejimini sərt şəkildə cəzalandırmalıdır”.