ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda yaranan enerji şoku Avropa iqtisadiyyatına ciddi zərbə vura bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin proqnozlarına görə, bu vəziyyət uzunmüddətli durğunluqdan sonra iqtisadi artımı sürətləndirməyə ümid edən Avropa üçün “acı bir sürpriz” olacaq.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə bildirib ki, neft və qaz qiymətlərinin artması münaqişənin ilk on günü ərzində Avropanın yanacaq idxalı xərclərini 3 milyard avro (təxminən 5 milyard 550 milyon manat) artırıb.
Əlavə olaraq qeyd edək ki, Yaxın Şərqdə baş verən hərbi toqquşmalar qlobal enerji bazarlarında ciddi dalğalanmalara və tədarük zəncirlərinin qırılmasına səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər müharibə uzanarsa, dərinləşən enerji böhranı Avropada inflyasiyanın yenidən yüksəlməsinə və bir çox istehsal sahələrində tənəzzülə gətirib çıxara bilər.
Xuraman Etibarlı
İnterpress.az






