İranda bir şirkət sahibi ucuz iPhone sataraq minlərlə insanı aldadıb, 35 milyon dollar gəlir əldə edib və ölkədən qaçıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Şirkət sahibi barəsində axtarış elan edilərkən, hadisə ilə bağlı 1 nəfər saxlanılıb.
İranda bir şəxs iPhone-ları ucuz qiymətə satacağını vəd edərək minlərlə insanı aldadıb.
iPhone 13-ü ucuz qiymətə satdığını iddia edən Kourosh Company adlı şirkətin sahibi Emir Hossein Sherefiyan 10 mindən çox iranlıdan hər mobil telefon üçün 360 dollar ilkin ödəniş alıb.
İran polisi təxminən 35 milyon dollarlıq oğurluq edən və pulu toplayıb ölkədən qaçan Şerefiyan barəsində beynəlxalq axtarış elan edərkən, aldadılan iranlılar da pullarını geri almaq üçün məhkəməyə müraciət ediblər.
İran Təhlükəsizlik Baş İdarəsinin sözçüsü Muntezir Əl Mehdi, Şerefiyanın 5 ay əvvəl ölkəni tərk etdiyini bildirərək, şirkətin daha əvvəl hicab qaydalarına əməl edilməməsi səbəbiylə bağlandığını, lakin məhkəmə ilə birlikdə fəaliyyətini yenidən davam etdirdiyini söyləyib.