Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alıb.
Bu barədə DSX-dən məlumat verilib.
Bildirilib ki, fevral ayının 26-da saat 19:40-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə aşkar olunaraq götürülüb.