“İranın 9 raketi İsrail ərazisinə düşüb və 2 aviabazanı vurub” – ABŞ rəsmisibackend

“İranın 9 raketi İsrail ərazisinə düşüb və 2 aviabazanı vurub” – ABŞ rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın hücumu zamanı ən azı 9 raketin İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçdiyini və 2 aviabazasını vurduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə yüksək rütbəli ABŞ rəsmisi ABC News-a bildirib.

“İranın hücumu zamanı ən azı doqquz İran raketi İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçib və iki İsrail hava bazasını vurub. Lakin heç bir ciddi ziyan qeydə alınmayıb”, – ABŞ rəsmisi açıqlayıb.

Rəsmi bildirib ki, beş ballistik raket Nevatim Hava Bazasını vuraraq C-130 nəqliyyat təyyarəsinə, istifadə olunmayan uçuş-enmə zolağına və boş anbarlara ziyan vurub.

Daha dörd ballistik raket Negev aviabazasına düşüb, lakin ciddi dağıntılar barədə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az