İspaniya və ABŞ mərkəzli yardım təşkilatlarının humanitar yardımını daşıyan gəmi Qəzza sahillərinə çatıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İspan qeyri-hökumət təşkilatı Open Arms və ABŞ-da yerləşən World Central Kitchen təşkilatından 200 ton ərzaq yardımı daşıyan gəmi, tərkibində düyü, un, paxlalılar, konservlər və protein tərkibli materiallar var.
Martın 12-də Cənubi Kipr Rum Administrasiyasının Larnaka limanından yola çıxan və bu gün bölgəyə çatan gəmi, İsrail ordusunun Qəzza zolağına ilk dəfə dəniz yolu ilə çatdırılacaq yardım olacaq.
Gəminin yükünün Qəzzanın şimalındakı fələstinlilərə hansı mexanizmlə boşaldılacağı və paylanacağı barədə hələlik məlumat yoxdur.
İsrail ordusu dünən verdiyi açıqlamada, Kipr adası üzərindən Qəzzaya humanitar yardım aparan gəmini qarşılamağa hazırlaşdığını bildirib:
“Yardım əməliyyatı İsrail hökuməti və ABŞ administrasiyasının tələbi ilə İsrail ordusu və mülki hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirildi”.
Dünən Yunan qəzetləri yardım materialının İsrail rəsmiləri tərəfindən də əvvəlcədən yoxlanıldığını və Cənubi Kipr Rum Administrasiyasının Larnaka limanından yola düşən gəminin 2 gün ərzində Qəzza sahillərinə çatmasının gözlənildiyini yazmışdı.