İspaniyada 3 həftədir etiraz aksiyası keçirən fermerlər ölkənin şimal-şərqindəki Kataloniya bölgəsində Fransa sərhədində nəqliyyat axınına yolu bağlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kataloniya bölgəsində İspaniya və Fransanı quru yolu ilə birləşdirən AP-7 avtomobil yolunda traktorları ilə yolu bağlayan fermerlər Girona, Figueres və Tarragona kimi bəzi dairəvi yollarda da nəqliyyatın hərəkətini yavaşlatıb.
Fermerlər Mərakeşdən gəldiyi deyilən meyvə və tərəvəzlərin olduğu bəzi yük maşınlarının içini boşaldaraq məhsullara zərər veriblər.
Fermerlər birliklərinin bağlı olduğu “Union de Uniones” adlı təşkilatın verdiyi açıqlamada İspaniya hökuməti və Avropa İttifaqı (Aİ) indiyə qədər tələblərinə qarşı konkret addım atmadıqları səbəbiylə tənqid edilib.
Aİ-nin üçüncü ölkələrin məhsullarını onlara tətbiq edilən nəzarətdən azad edərək istehsal və ticarət baxımından dəstəklədiyini iddia edən fermer birlikləri təşkilatı “haqsız rəqabətə son” çağırışı edib.