İsrail 25 ölkəyə Netanyahu ilə bağlı MÜRACİƏT ETDİbackend

İsrail 25 ölkəyə Netanyahu ilə bağlı MÜRACİƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail 25 ölkədən Netanyahu və Qalantın həbsinə orderlərin verilməsinə qarşı çıxmalarını istəyib.

interpress.az xəbər verir ki, bu barədə “Walla” məlumat yayıb.

İsrailin xarici işlər naziri Katz 25 xarici işlər nazirinə məktub göndərərək, prokurorun Baş nazir Netanyahu və müdafiə naziri Qalantın həbsinə order verilməsi tələbinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) hüquqi rəy təqdim etmələrini istəyib.

Qeyd olunur ki, bu ölkələr, hətta bəziləri belə hüquqi rəyləri Haaqa tribunalına göndərsələr, hakimlər prokurorun vəsatətini təmin etmək üçün heç bir əsasın olmaması ilə kifayətlənə bilərlər.

Mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Xan Netanyahu və Qalanta, eləcə də HƏMAS-ın üç liderinin hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verilməsini istəyib.

İyunun 28-də BCM Britaniyanın müdaxilə tələbini təmin etdikdən sonra həbs orderlərinin verilməsini gecikdirib, həmçinin digər ölkələrə ifadələrini təqdim etmələri üçün iyulun 12-nə qədər vaxt verib.

Xuraman Etibarlı

İnterpress.az