İsrail ordusu “Hizbullah” üzvü Mustafa Həsən Salmanı məhv edib.
interpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İsrail Müdafiə Qüvvələri terror təşkilatı “Hizbullah”ın raket bölməsinin terrorçusu Mustafa Həsən Salmanı məhv edib.
“Gecə saatlarında İsrail ordusu PUA-dan istifadə edərək Əl-Qaleyla bölgəsində terrorçu Mustafa Həsən Salmanı vuraraq öldürüb.
Həsən Salman “Hizbullah” terror təşkilatının raket bölməsində terrorçu kimi xidmət edib, İsrail Dövlətinə qarşı müxtəlif terror aktlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edib.
İsrail ordusu İsrailə qarşı terror hücumlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən təşkilatın zenit-raket bölməsinin döyüşçüsü, Hizbullah üzvü Mustafa Həsən Salmanı məhv edib”, – məlumatda bildirilib.
Xuraman Etibarlı
İnterpress.az