İsraillilər Netanyahudan ABŞ-yə səfərindən əvvəl HƏMAS-la müqavilə bağlamağı tələb edirlər.
interpress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qəzza zolağında saxlanılan israilli girovların ailələri baş nazir Benyamin Netanyahudan iyulun 24-də ABŞ-yə səfərindən əvvəl qohumlarının evlərinə qaytarılması üçün razılığa gəlməsini tələb edirlər.
İsrailin hər yerində etiraz aksiyaları keçirilib. İnsanlar 7 oktyabr hadisələrini araşdırmaq üçün komissiya yaradılmasını da tələb ediblər.
Xuraman Etibarlı
İnterpress.az