İştahı azaldan və arıqlamağa kömək edən ən faydalı məhsullar açıqlandıbackend

İştahı azaldan və arıqlamağa kömək edən ən faydalı məhsullar açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda ABŞ-da keçirilən rəy sorğusunda iştirakçıların 48%-i arıqlamaq istədiklərini etiraf ediblər. Bunun üçün respondentlərin 50%-i idmanla məşğul olmaq qərarına gəlib, 39%-i isə qidalanma vərdişlərini dəyişmək niyyətində olduğunu bildiriblər.

Ekspertlərin fikrincə, bu işdə insanların ən yaxın köməkçisi tərkibində zəngin liflər olan məhsullardır.

Onlar aclıq hissini aradan qaldıraraq toxluq yaradır və tez arıqlamağa kömək edir.

Belə ki, liflər əslində sıfır kalorili, həzm olunmayan karbohidratdır. Belə qidalar həzmi yavaşladır və insan daha uzun müddət özünü tox hiss edir.

Ən yaxşı lif mənbələri isə paxlalılar – lobya və noxuddur.

Odur ki, dietoloqlar məhz bu məhsullardan mətbəxdə geniş istifadə etməyi məsləhət görürlər.