İstanbul terrorunda yaralananlardan 55-i evə buraxıldıbackend

İstanbul terrorunda yaralananlardan 55-i evə buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində terror aktı nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 55-i müalicə olunduqları xəstəxanadan evə buraxılıb.

26 xəstənin müalicəsi davam edir, onlardan 5-i reanimasiya şöbəsindədir.

Reanimasiyada olan iki yaralının vəziyyəti ağır olaraq qalır.